“Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə yenidən start götürür
BOK
10.09.2022, 09:44
Milli Olimpiya Komitəsinin 30-illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə yenidən start götürüb. Azərbaycanın bölgələrində keçiriləcək tədbirə Azərbaycan Milli Olimpiya Akademiyası və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi də təşkilatçılıq edir. Sentyabr ayı ərzində Gədəbəy, Mingəçevir, Lənkəran və Bərdə rayonları ilə yanaşı, yekun olaraq paytaxt Bakıda “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmlərin nümayişi olacaq. Bölgələrə səfər edəcək Olimpiya çempionları görüş iştirakçılarının suallarını cavablandıracaqlar. Layihə çərçivəsində ilk görüş Gədəbəy rayonunda təşkil olunub. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin iştirak etdiyi görüşdə belə tədbirlərin sağlam həyat tərzinin təbliğini aşılamaq baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində Azərbaycanın Olimpiya Odisseyası layihəsinin keçirilməsində əsas məqsəd Olimpiya çempionları ilə yeniyetmə və gənclərin birbaşa ünsiyyətini təşkil etmək, narkotik vasitələr və psixatrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırış etmək, hər bir yaş kateqoriyasına görə idmanın təbliğini aparmaq, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək, həmçinin ölkəmizdə Olimpiya prinsip və dəyərlərinin təbliğ edilməsindən ibarətdir. Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyəni Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova təqdim edib. Daha sonra Afina-2004 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurova həsr olunan “Cəngavər” filmi izlənilib. Olimpiya çempionu görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Gədəbəy Rayon Heydər Əliyev mərkəzində səmimi şəraitdə keçirilən görüşün sonunda xatirə fotosu çəkilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bugün, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
Bugün, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
Bugün, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
Bugün, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
Bugün, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
Bugün, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
Bugün, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bugün, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri