Çempionlar Liqası: “Mançester Siti”, “Real Madrid” və PSJ turu qələbə ilə başa vurdu 

Çempionlar Liqası: “Mançester Siti”, “Real Madrid” və PSJ turu qələbə ilə başa vurdu 

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub. İkinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma təşkil olunub. A qrupunda İtaliyanın “Napoli” klubu Şotlandiyada “Reyncers”i darmadağın edib – 3:0.  
E qrupunda “Çelsi” İngiltərədə Avstriyanın “Zaltsburq” klubu ilə bacarmayıb -1:1.
Bu qrupun digər oyununda isə İtaliyanın “Milan” klubu doğma meydanda Xorvatiyanın “Dinamo Zaqreb” komandasına 3:1 hesabı ilə məğlub olub. 
F qrupunda turnirin son qalibi olan İspaniyanın “Real Madrid” klubu evdə Almaniyanın “Leyptsiq” klubuna 2 cavabsız qolla qalib gəlib.
Bu qrupun digər oyunu “Şaxtyor” və “Seltik” komandaları arasında olub. Ukraynadakı məlum hadisələr səbəbindən oyun Polşada, Varşava şəhərində keçirilib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.  
G qrupunda İngiltərənin “Mançester Siti” klubu doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandası üzərində əzmkar qələbə qazanıb – 2:1.
Danimarkada “Kopenhagen” və İspaniya “Sevilya”sı arasında oynanaılan matçda isə hesab açılmayıb.
H qrupunda “Yuventus” İtaliyada Portuqaliya “Benfika”sına uduzub – 1:2.
Fransanın PSJ klubu isə İsraildə Hayfa “Makkabi”sindən üstün olub – 3:1.