Çempionlar Liqası: “Mançester Siti”, “Real Madrid” və PSJ turu qələbə ilə başa vurdu

Çempionlar Liqası: “Mançester Siti”, “Real Madrid” və PSJ turu qələbə ilə başa vurdu

BOK

15.09.2022, 09:44

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub. İkinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma təşkil olunub. A qrupunda İtaliyanın “Napoli” klubu Şotlandiyada “Reyncers”i darmadağın edib – 3:0.   E qrupunda “Çelsi” İngiltərədə Avstriyanın “Zaltsburq” klubu ilə bacarmayıb -1:1. Bu qrupun digər oyununda isə İtaliyanın “Milan” klubu doğma meydanda Xorvatiyanın “Dinamo Zaqreb” komandasına 3:1 hesabı ilə məğlub olub.  F qrupunda turnirin son qalibi olan İspaniyanın “Real Madrid” klubu evdə Almaniyanın “Leyptsiq” klubuna 2 cavabsız qolla qalib gəlib. Bu qrupun digər oyunu “Şaxtyor” və “Seltik” komandaları arasında olub. Ukraynadakı məlum hadisələr səbəbindən oyun Polşada, Varşava şəhərində keçirilib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.   G qrupunda İngiltərənin “Mançester Siti” klubu doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandası üzərində əzmkar qələbə qazanıb – 2:1. Danimarkada “Kopenhagen” və İspaniya “Sevilya”sı arasında oynanaılan matçda isə hesab açılmayıb. H qrupunda “Yuventus” İtaliyada Portuqaliya “Benfika”sına uduzub – 1:2. Fransanın PSJ klubu isə İsraildə Hayfa “Makkabi”sindən üstün olub – 3:1.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR