“Qarabağ” bu gün Avropa Liqası çərçivəsində “Nant” klubu ilə qarşılaşcaq 

“Qarabağ” bu gün Avropa Liqası çərçivəsində “Nant” klubu ilə qarşılaşcaq 

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Komandamız G qrupundakı ikinci sınağında Fransanın “Nant” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisinin heyətində Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov zədəli olduqları üçün oyunu buraxacaqlar. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.
“Nant” ilk turda Yunanıstanın “Olimpiakos” komandasını məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.
G qrupunun digər matçında “Olimpiakos” klubu “Frayburq”u qəbul edəcək.