Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir. Bu gün Azərbaycan komandasının daha 4 cüdoçusu tatami üzərinə çıxacaq. Yarışın 2-ci günündə tatamiyə çıxacaq idmançılardan 3-ü kişi, biri isə qadındır. 73 kq-da Vüsal Qələndərzadə 1/8 finalda Kyartan Hreydarssonla (İslandiya) üz-üzə gələcək.
81 kq çəki dərəcəsində Ömər Rəcəbli Randel Pasteli (Estoniya), Elcan Hacıyev Marko Yanseri (Monteneqro) sınağa çəkəcək. Hər iki görüş 1/8 finala təsadüf edəcək.
Qadınlardan isə 63 kq-da çıxış edən Aytac Qardaşxanlı 1/16 finalda Nele Noakla (Almaniya) görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medala sahib çıxmışdı.
Bu gün daha 4 cüdoçumuz Avropa çempionatında mübarizəyə başalayacaq