Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin rapid yarışlarında ikinci turun cütlükləri müəyyənləşib.
Qadınların yarışında ikinci turda Xanım Balacayeva Günay Məmmədzadə, türk Kübra Öztürk Nana Dzaqnidze (Gürcüstan), Gülnar Məmmədova gürcüstanlı Meri Arabidze, Yolanta Zavadska (Polşa) Ülviyyə Fətəliyeva, Gövhər Beydullayev Marsel Efroimski (İsrail) ilə qarşılaşacaq.
Kişilərin yarışında hindistanlı Santoş Qucrati Vidit Qədir Hüseynov, Rauf Məmmədov Şəhriyar Məmmədyarov, çinli Hao Vanq Rüstəm Qasımcanov (Özbəkistan), İran təmsilçisi Parham Maqsudlu Vasif Durarbəyli, türk Mustafa Yılmaz Teymur Rəcəbov ilə üz-üzə gələcək.
Turun oyunları saat 15:00-da start götürəcək. Bu gün dörd turun oyunları keçiriləcək.
Qadınların yarışında ilk turda G.Beydullayeva X.Balacayeva, M.Efroimski (İsrail) Y.Zavadska (Polşa), Ü.Fətəliyeva isə G.Məmmədova ilə heç-heçə edib. Gürcüstanlı N.Dzaqnidze G.Məmməzadəyə, Türkiyə idmançısı K.Öztürk isə M.Arabidzeyə (Gürcüstan) qalib gəlib.
Kişilərin mübarizəsində isə Ş.Məmmədyarov Q.Hüseynovu, V.Durarbəyli Çin təmsilçisi H.Vanqı, hindistanlı S.Vidit isə M.Yılmazı (Türkiyə) məğlub edib. T.Rəcəbov P.Maqsudlu (İran), R.Qasımcanov (Özbəkistan) isə R.Məmmədovla heç-heçə edib.
Turnirə sentyabrın 24-də yekun vurulacaq.