4 boksçumuz qitə birinciliyinin finalında
Olimpizm xəbərləri
03.10.2022, 18:25
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub. Azərbaycan millisinin 4 üzvü qələbə qazanaraq finalda iştirak hüququ qazanıb. Məhəmmədəli Aşurəliyev Armandas Kreqzden (Litva) və Artur Avetikyanın (Ermənistan) ardınca gürcüstanlı Levan Demurovi ilə qarşılaşıb. Yarışda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dueldən də qalib ayrılıb. O, gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 4:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. M.Aşurəliyev həlledici döyüşdə ingiltərəli Adam Maca ilə üz-üzə gələcək. Yığmamızın üzvü Məhəmmədəli Qasımzadə (57 kq) də finala yüksəlib. Nik Smirnov (Almaniya) və Kallum Karrageri (İrlandiya) mübarizədən kənarlaşdıran boksçumuz yarımfinalda latviyalı Nikolayes Zamyatinsi də məğlub edib – 5:0. O, finalda bolqarıstanlı Viktorio İliyevlə döyüşəcək. Oğlanlardan ibarət yığmamız kimi, qızlardan ibarət millimiz də həlledici görüşlərdə 2 idmançı ilə təmsil olunacaq. Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə çempionluq görüşünə vəsiqə əldə edib. Mahur Marikyana (Ermənistan) qalib gələn idmançımız yarımfinalda polşalı Silva Formeladan da güclü olub. O, 5:0 hesablı qələbəyə sevinib. N.Əlizadə finalda ingiltərəli Rubi Vaytla qüvvəsini sınayacaq. Emili Rzayeva (70 kq) Olqa Filipçuk (Ukrayna) səddini keçdikdən sonra Gül Yılmazla (Türkiyə) üz-üzə gəlib. Boksçumuz yarımfinal görüşünü 5:0 hesabı ilə aktivinə yazıb. O, finalda polşalı Yoanna Araszevskanı sınağa çəkəcək. Digər boksçumuz Aynur Mikayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Byanka Balintin (Almaniya) və Lamprini Giannakopoulounu (Yunanıstan) məğlub edən idmançı finala gedən yolda ingiltərəli Katerin Pumfri ilə qüvvəsini sınayıb. Rəqib mərhələ adladığından təmsilçimiz 3-cü yeri tutub. Bu, oğlan və qız boksçuların çempionatının birgə keçirilməyə başladığı 2018-ci ildən sonra yığmamızın rekordudur. Bu müddətdə heç vaxt 4 idmançımız finala yüksəlməyib. Millinin Avropa birinciliyini 5 medalla bitirəcəyinin rəsmiləşməsi də bu müddət üçün rekord göstəricidir. Həmçinin 2 qız boksçumuzun finala yüksəlməsi tariximizdə ilk dəfə qeydə alınıb. Qeyd edək ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda final döyüşləri oktyabrın 4-də olacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş