Sonuncu cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Sonuncu cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

BOK

11.10.2022, 09:01

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatını davam edir. Bu gün komandamızın sonuncu magikanı Zelim Kotsoyev tatami üzərinə çıxacaq. 100 kq çəki dərəcəsində mübarizə aparacaq cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayacaq. Sonuncu medal ümidimiz ilk görüşdə İsveçrə təmsilçisi Daniel Eyxlə üz-üzə gələcək. İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR