Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Olimpiya çempionu Rəfiqə Şabanova bu münasibətlə Olimpnews.az saytı ilə yubiley təəssüratlarını bölüşüb.
“Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də bir sıra uğurlu işlər həyata keçirildi. Azərbaycan idmanı demək olar ki, pillə-pillə yüksəlişlərə nail oldu. 30 il ərzində baş verən dəyişikliklər və uğurlar biz idmançıların gözü qarşısında baş verib. Artıq Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu isə Milli Olimpiya Komitəsinin danılmaz xidmətlərinin nəticəsidir. 30 illik yubiley münasibəti ilə Milli Olimpiya Komitəsini təbrik edir və ölkə idmanının inkişafı naminə yeni-yeni qələbələr arzulayıram”, - deyə R.Şabanova bildirib.
Türkay Niftəliyeva