Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Olimpiya" və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim Hicran Şərifov bu münasibətlə yubiley təəssüratlarını Olimpnews.az saytı ilə bölüşüb.
“Milli Olimpiya Komitəsinin yaranmasının artıq 30 ili tamam olur. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildiyi gündən artıq Azərbaycanda idman geniş vüsət almağa başladı, federasiyalar təkmilləşdirildi. Mən fəxr edirəm ki, bu 30 il ərzində mən də Azərbaycan Olimpiya Hərəkatında yaxından iştirak etmişəm. Azərbaycanda idmanın yüksəlişinin, Olimpiya Hərəkatının sürətlənməsinin canlı şahidiyəm. Çox yarışlarda Azərbaycanı tanımırdılar. Amma güclü idmançılarımız finala çıxdıqdan sonra digər ölkələr də ölkəmizi tanımağa başladı. Ardıcıl olaraq təkcə idmanda deyil, bütün sahələrdə qələbə qazanan qalib ölkənin vətəndaşlarına çevrildik. Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə komitənin kollektivini, olimpiyaçılarımızı, idman ictimaiyyətini ürəkdən təbrik edirəm”, - deyə Hicran Şərifov bildirib.
Anar Əhmədov