Dünya çempionatı: Boksçumuz 1/4 finalda

Dünya çempionatı: Boksçumuz 1/4 finalda

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı keçirilir. Mundialın beşinci günündə idmançımız Mehparə Məmmədova (48 kq) ikinci döyüşünə çıxıb. 1/16 final mərhələsində Lyuba Atanasovanı (Bolqarıstan) mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə monqolustanlı Saruul Batsayxana 5:0 hesabı ilə qalib gəlib. Dörddəbir finalda boksçumuzun rəqibi qazaxıstanlı Gülnaz Buribayeva olacaq.
Digər idmançımız Sənan Hətəmov (67 kq) səkkizdəbir finalda Nurbek Mursalla (Qazaxıstan) uduzaraq mübarizədən kənarlaşıb.
Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialın qalibləri noyabrın 25-də və 26-da müəyyənləşəcək.