Azərbaycan Avropa Olimpiya Akademiyasının konqresində təmsil olunub

Azərbaycan Avropa Olimpiya Akademiyasının konqresində təmsil olunub

Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Akademiyasının növbəti konqresi keçirilib. “Olimpiya hərəkatının fırtınalı suları” adı altında təşkil olunan konqresdə ölkəmizi Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov və MOK-un Marketinq şöbəsinin müdiri, Azərbaycan Milli Olimpiya Akademiyasının Beynəlxalq layihələr departamentinin müdiri Səkinə Vəliyeva təmsil ediblər.
Konqres çərçivəsində keçirilən Baş Assambleyada Manfred Laemmer yenidən qurumun prezidenti seçilib. Baş Assambleyada Avropa Olimpiya Akademiyasının strateji planı da qəbul edilib. Strateji planda qarşıdakı 8 il üçün təşkilatın missiyası, dəyərləri, məqsədləri və strateji təşəbbüsləri öz əksini tapıb. Yaxın gələcəkdə Akademiyanın əlavə seminarlarının keçirilməsi haqda müzakirələr aparılıb.
Baş Assambleyada Malta Olimpiya Akademiyası Avropa Olimpiya Akademiyasının üzvlüyünə (30-cu üzvü) qəbul edilib.
 

Azərbaycan Avropa Olimpiya Akademiyasının konqresində təmsil olunub