Qocaman mütəxəssisin 80 yaşı tamam olur
BOK
26.11.2022, 19:44
Bu gün Azərbaycanın ilk cüdoçularından biri olan Əməkdar məşqçi Tərlan Həsənovun 80 yaşı tamam olur. Tərlan Əliheydər oğlu Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdoçularından biri olan Tərlan Həsənov ömrünün böyük qismini ölkəmizdə idmanın təbliğinə və inkişafına sərf edib. Tərlan Həsənovun sambo və cüdo idman növləri üzrə ilk tanışlığı Belarusda hərbi xidmətdə olan zaman baş tutub. Hərbi xidmətini başa vurduqdan sonra “Dinamo” İdman Cəmiyyətində sambo üzrə məşqlərə başlayıb. Dəfələrlə sambo üzrə Bakı və respublika çempionatlarının qalib və mükafatçısı olub. 1972-ci ildən bəri bu sahə üzrə məşqçi kimi çalışıb. O, həmin il “Lokomotiv” İdman Cəmiyyətində cüdo və sambo üzrə məşqçilik etməyə başlayıb. 1994-2017-ci illərdə 13 saylı OEUGİM-də məşqçi işləyib. 1998-ci ildə özünün şəxsi təşəbbüsü ilə “Kanokan-TT” Peşəkar Cüdo İdman Klubunu təsis edib. Hazırda həmin klubun rəhbəri və baş məşqçisi kimi çalışır. 2004-2010-cu illərdə “Məşəl” İK və “Neftçi İdman Klubu” İB-də məşqçi-müəllim işləyib. 2014-2020-ci illərdə “Judo Club 2012”nin baş məşqçi vəzifəsində işləyib. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb. 2019-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın “Gümüş Şüalı Gündoğar Ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibəti ilə Azərbaycan cüdosunun inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. T.Həsənov məşqçi işlədiyi müddət ərzində hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, IV İslam Həmrəyliyi Oyunlarında və Avropa kateqoriyalı bir sıra beynəlxalq turnirlərdə yüzlərlə müxtəlif əyarlı medallar qazanıblar. Onun yetirmələri arasında iki Olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarla yüksək rütbəli zabitlər var. Tərlan Həsənov cüdo üzrə məşqçi kimi ən uzun müddət fəaliyyət göstərən şəxslərdən biri olaraq idmanın bu növünün inkişafına əvəzsiz töhfələr verib. Tərlan Həsənovu yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, xoş günlər və yeni peşəkar nailiyyətlər arzu edirik!
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
Bugün, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
Bugün, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
Bugün, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
Bugün, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
Bugün, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm
-
Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
29.09.2026, 22:07 Tennis
-
Azərbaycan Basketbol Federasiyasının son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib
29.09.2026, 20:27 Basketbol
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29.09.2026, 12:21 Gündəm
-
FIFA prezidenti Azərbaycana gəlib
29.09.2026, 11:55 Gündəm
-
Futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
29.09.2026, 11:44 Futbol
-
Qadın basketbolçulardan ibarət millimizə baş məşqçi təyin olunub
29.09.2026, 10:49 Basketbol
-
Voleybol üzrə qızlardan ibarət yığmalarımızın yeni baş məşqçisi müəyyənləşib
29.09.2026, 10:39 Voleybol
-
Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib
28.09.2026, 18:29 Su idman növləri
-
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
28.09.2026, 16:12 Olimpiya dünyası
-
Cüdoçularımız Xüsusi Olimpiya açıq turnirində 5 medal qazanıblar
28.09.2026, 13:18 Cüdo
-
Parisdə bürünc medal
28.09.2026, 12:51 Gimnastika
-
Gimnastlarımız beynəlxalq turnirdə 7 medal qazanıblar
28.09.2026, 12:35 Gimnastika
-
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
28.09.2026, 11:58 Şahmat
-
Beynəlxalq turnirdə bürünc medal
28.09.2026, 10:44 Olimpiya dünyası
-
Fiqurlu konkisürənlərimiz Qran-pri yarışında iştirak ediblər
28.09.2026, 10:05 Olimpiya dünyası
-
Ümumdünya Şahmat Olimpiadası başa çatıb
28.09.2026, 09:48 Olimpizm xəbərləri
-
Çimərlik güləşində tarixi uğur
28.09.2026, 00:58 Güləş
-
Anım Gününə həsr olunmuş açıq birincilik keçirilib
27.09.2026, 20:45 Ağırlıqqaldırma
-
MOK-un kollektivi Zəfər Parkını ziyarət edib
27.09.2026, 19:05 MOK
-
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçildi
27.09.2026, 11:10 Olimpizm xəbərləri
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
27.09.2026, 10:29 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
27.09.2026, 08:32 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
27.09.2026, 00:20 Gündəm
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
26.09.2026, 18:25 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
26.09.2026, 16:39 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
26.09.2026, 16:21 Gündəm
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
25.09.2026, 14:51 Olimpiya dünyası