Kapitan azarkeşləri qəzəbləndirmək istəyir?

Kapitan azarkeşləri qəzəbləndirmək istəyir?

Ötən ay Qətərdə keçirilən dünya çempionatında qalib olan Argentina yığmasının kapitanı Leonel Messi yeni bir qalmaqal yaratmaq fikrinə düşüb. Belə ki, o üzvü olduğu PSJ klubunun matçında dünya kubokunu nümayiş etdirmək istəyir. Lakin «Park de Prens»a toplaşacaq azarkeşlərin buna reaksiyasından çəkinir. Onun bu hərəkəti komanda yoldaşı Kilian Mbappenin də xoşuna gəlməyib.

Məlumat üçün bildirək ki, Argentina yığması məhz Fransa ilə görüşdə qələbə qazanaraq, dünya çempionu adını qazanıb.