13 illik rekord təkrarlandı

13 illik rekord təkrarlandı

BOK

11.01.2023, 11:17

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford 13 illik rekordunu təkrarlayıb. Hücumçu buna İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çarlton”la görüşdə nail olub.

Meydana əvəzetmədən daxil olaraq, komandasının 3:0 hesablı qələbəsinə 2 qolla töhfə verən ulduz futbolçu ardıcıl 8-ci ev matçında fərqlənməyi bacarıb. “Qırmızı şeytanlar”da bu göstəriciyə sonuncu dəfə 2010-cu ildə sabiq forvard Ueyn Runi imza atıb.

Qeyd edək ki, Markus Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 24 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə verib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR