Yüksək Liqanın əsasnaməsinə əlavə və dəyişikliklər edilib
Olimpizm xəbərləri
12.01.2023, 14:13
Bu gün voleybol üzrə 2022/2023-cü illər mövsümündə ölkəmizdə keçirilən Azərbaycan Yüksək Liqalarında çıxış edən komandaların nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Voleybol Mərkəzində təşkil olunan görüşdə AVF-nin vitse-prezidenti Əbülfəz Hüseynov və federasiyanın baş katibi Fərid Xəlilov öncə onlara yeni ildə uğurlar arzulayıb.
Ə.Hüseynov iclas iştirakçılarına görüş haqqında məlumat verib. Federasiya rəsmisi bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli”dir. Bu münasibətlə Azərbaycan Voleybol Federasiyası da ilin tədbirlər planına bəzi əlavə və dəyişikliklər edib: "Bildiyiniz kimi, biz mövsümün əvvəlində Yüksək Liqa yarışlarının qalibinin altı dövrədən sonra məlum olacağını bildirmişdik. Mart, aprel və may aylarında müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan turnir və yarışlarımızı keçirəcəyik. Bütün bunları nəzərə alaraq Yüksək Liqa yarışlarının əsasnaməsinə bəzi əlavələr edilib. Belə ki, həm kişi, həm də qadın voleybolçular arasında keçirilən Yüksək Liqa yarışlarında komandalar dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq. Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçün yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Baş katib Fərid Xəlilov qeyd edib ki, əsasnaməyə edilən dəyişikliklər ölkə çempionatının gərginliyini və marağını daha da artıracaq. Qarşıda klublarımızı maraqlı, gərgin yarış və turnirlər gözləyir. Həmin yarışlarda iştirak edəcək komandaların sayı Yüksək Liqa ilə müqayisədə çox olacaq. F.Xəlilov vurğulayıb ki, bu yarışlarda I Liqa komandalarının da iştirakı planlaşdırılır.
Sonda görüşdə iştirak edən klubların razılığı əsasında Yüksək Liqanın əsasnaməsinə əlavə və dəyişikliklər edilib. Belə ki, Yüksək Liqada komandalar nəzərdə tutulduğu kimi altı dövrə yox, dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
Bugün, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
Bugün, 14:15 Olimpiya dünyası
-
Məşqçilər üçün seminara yekun vurulub
Bugün, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
Bugün, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
Bugün, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
Bugün, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
Bugün, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
Bugün, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
Bugün, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
Bugün, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
Bugün, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
Bugün, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
Bugün, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
24.09.2026, 17:48 Güləş
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
24.09.2026, 14:00 Olimpiya dünyası
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo