Şəmkir və Sumqayıt gimnastları Milli Gimnastika Arenasında hazırlıq keçir

Şəmkir və Sumqayıt gimnastları Milli Gimnastika Arenasında hazırlıq keçir

Şəmkir və Sumqayıtın bədii gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər. Milli Gimnastika Arenasındakı hazırlıq prosesində 9 idmançı iştirak edib.

Toplanışda gimnastlara təcrübəli mütəxəssislərin rəhbərliyi altında ümumi və fiziki hazırlıq, atlet texnikası üzrə məşqlər keçirilir.

Bundan əlavə, onların proqramlarının təkmilləşdirilməsinə də diqqət yetirilir.

Qeyd edək ki, Sumqayıt Olimpiya Kompleksində 2011-ci, Şəmkir Gənclər Evində isə 2019-cu ildən bədii gimnastika bölmələri fəaliyyət göstərir.