1948-ci ildə Londonda keçirilən XIV Yay Olimpiya Oyunlarının iştirakçısı uruqvaylı Feliks Siyenra 107 yaşında dünyasını dəyişib. F.Siyenra London Olimpiadasında yelkən idmanında mübarizə aparıb və altıncı yerlə kifayətlənib.
Feliks Siyenranın ölümündən sonra almaniyalı atlet Villi Büzinq Olimpiadanın yaşayan ən yaşlı idmançısına çevrilib. 101 yaşlı V.Büzinq 1952-ci ildə Helsinkidə keçirilən XV Yay Olimpiya Oyunlarında iştirak edib, burada komanda triatlonunda gümüş, fərdi triatlonda isə bürünc medala sahib çıxıb.