Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının altı üzvü fevralın 28-dən Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir. İdmançılar hazırlıq prosesini martın 11-nə qədər Tsukaba Universitetində, 12-dən 18-dək isə Kokuşikan Universitetində davam etdirəcək.
Toplanışda Nizami İmranov, Nurlan Kərimli, Samir Piriyev, Ömər Rəcəbli, Vüqar Talıbov və Kənan Nəsibov iştirak edirlər.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı sentyabr və oktyabrda keçiriləcək Avropa və dünya çempionatlarına uzunmüddətli hazırlığın bir hissəsidir.
Hazırlıq prosesinə Azərbaycan cüdoçuları ilə yanaşı, İsrail və Yaponiyanın gənc oğlanlardan ibarət yığmaları da cəlb olunublar.