Honnoverdə gümüş medal

Honnoverdə gümüş medal

 

Almaniyanın Hannover şəhərində keçirilən paralimpiyaçılar arasında atıcılıq üzrə beynəlxalq turnir davam edir. Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova turnirdə miks komanda növündə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında gümüş medala sahib çıxıblar.

Turnirdə Makedoniya komandası birinci, Braziliya isə üçüncü pillədə yer alıb.

Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.