“Judo Club 2012”nin Avropa arenasında böyük uğurları
Olimpizm xəbərləri
07.04.2025, 14:01
Azərbaycan cüdosu son dövrlərdə beynəlxalq arenada öz gücünü daha da aydın şəkildə göstərməkdədir. Ötən həftə sonu Xorvatiyada, Polşada və Çexiyada keçirilən yarışlarda Azərbaycan cüdoçuları, xüsusilə “Judo Club 2012”nin üzvləri, parlaq çıxışları ilə diqqət çəkərək ölkəmizin idman nüfuzuna böyük töhfələr veriblər.
Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında cüdo üzrə Avropa Kuboku "Judo Club 2012"nin idmançıları üçün əsl bir qələbə olub. Klubun tanınmış idmançısı Murad Fətiyev -90 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. M.Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı, almaniyalı Eduard Trippeli məğlub edərək yarışın ən yaddaqalan nəticələrindən birini əldə edib. Bu möhtəşəm qələbə həm Muradın karyerası, həm də “Judo Club 2012” üçün bir uğurdur.
Klubun digər bir uğuru, qadınların -57 kq çəki dərəcəsində yarışan Fidan Əlizadədən gəlib. O, keçirdiyi dörd görüşdə də rəqiblərinə heç bir şans verməyərək Avropa Kubokunun qalibi adını qazanıb. “Judo Club 2012”nin digər idmançıları ilə yanaşı, milli komandamızın üzvləri Aydan Vəliyeva, Kərim Allahverdiyev, Gültac Məmmədəliyeva, Kamran Süleymanov, Vüqar Talıbov və Nərmin Əmirli də müxtəlif çəki dərəcələrində mükafatlar qazanıblar. Nəticədə Azərbaycan milli komandası 39 ölkə arasında Avropa Kubokunun qalibi olub və bu böyük uğurun formalaşmasında "Judo Club 2012"nin idmançılarının böyük payı var.
Bundan əlavə, "Judo Club 2012"nin üzvləri gənclər arasında keçirilən Avropa Kubokunda da böyük uğurlar qazanıblar. Aprelin 5-6-da Polşanın Poznan şəhərində keçirilən yarışda 23 ölkədən 412 cüdoçu iştirak edib. Turnirdə Azərbaycan gəncləri 3 qızıl, 2 gümüş və 2 bürünc medalla oğlanlar arasında birinci yeri tutublar. Klub üzvlərindən Tuncay Şamil -90 kq çəki dərəcəsində gümüş medal qazanıb.
"Judo Club 2012"nin gənc yetirmələri həm də Çexiyanın Teplitse şəhərində keçirilən yarışda gözəl nəticələr əldə ediblər. Ayxan Həsənli -73 kq çəki dərəcəsində gümüş medal qazanaraq, özünün və klubunun uğurlarına bir yenisini əlavə edib. A.Həsənli bu medalı bir ay əvvəl Türkiyənin Antalya şəhərində də qazanmışdı. Klubun digər üzvü Məhəmməd Ağakişiyev isə +90 kq çəki dərəcəsində beşinci yerə yüksəlib.
"Judo Club 2012"nin üzvləri, yalnız şəxsi karyeralarında uğurlar əldə etməklə qalmayıb, həm də Azərbaycan cüdosunun beynəlxalq arenada daha da güclənməsinə böyük töhfələr veriblər.
Bu uğurların əldə edilməsində, yalnız idmançıların öz istedadı və əzmkarlığı deyil, həm də “Judo Club 2012”nin rəhbərliyi və məşqçilər heyətinin də əvəzsiz əməyi var. Klubun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun diqqət və qayğısı, "Judo Club 2012"nin inkişafında mühüm rol oynayıb. Onun qayğısı sayəsində klub, istedadlı cüdoçuların yetişməsində və beynəlxalq arenada uğur qazanmasında yüksək nəticələr əldə edib.
Eyni zamanda, klubun məşqçilər heyəti, xüsusilə İlqar Müşkiyev və Kifayət Qasımovanın da bu qələbələrdə əməyi danılmazdır. Onların rəhbərliyi altında, "Judo Club 2012"nin cüdoçuları yalnız ölkəmizdə deyil, həm də dünya, Avropa səhnəsində də Azərbaycanın adını ucaldırlar.
İnanırıq ki, gələcəkdə də “Judo Club 2012"nin adı dünya arenalarında daha çox hallanacaq və Azərbaycan cüdosunun uğurları davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks