Rusiya və Belarus idmançıları Polşada təşkil olunacaq III Avropa Oyunlarında iştirak edə bilməyəcəklər. Bu barədə Avropa Olimpiya Komitələrinin (AOK) rəsmi saytında məlumat verilib. Məlumata görə həm Rusiya, həm də Belarus idmançıları bu oyunlarda heç bir statusda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, açılış mərasimi iyunun 21-də Krakovda təşkil olunacaq III Avropa Oyunlarına iyulun 2-də yekun vurulacaq.