Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir keçirilir. Yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamızın heyətində ilk olaraq rinqə Məhsəti Həmzəyeva (57 kq) çıxıb. 1/8 final çərçivəsində ukraynalı Tatyana Kravçik ilə qarşılaşan idmançımız görüşü qələbə ilə başa vurub. Növbəti mərhələdə rəqibini tam üstünlüklə məğlub edən boksçumuz yarışın üçüncü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.
Bu gün, həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da müəyyənləşəcək.