Min illik tarixi olan bu şəhər Polşa mədəniyyətini özündə əks etdirir. Ölkənin ən qədim və gözəl şəhərlərindən biri hesab olunan Krakov bir vaxtlar paytaxt statusunu da daşıyıb. Əfsanəvi Krak tərəfindən qurulan şəhər Polşa çaylarının şahzadəsi adlandırılan Vistula üzərində yerləşir. Şəhər gözəl memarlıq və tarixi əraziləri ilə məşhurdur. Krakov şəhəri UNESKO-nun ümümdünya irs siyahısına daxil edilib. Şəhərin ən görməli yerlərindən biri yaşıl təpənin üzərində ucaldılmış Vavel kral qalasıdır. Krakov eyni zamanda bütün dünyada tələbələr şəhəri kimi tanınır. Burada hər il on minlərlə tələbə 20-dən çox universitetin məzunu olur. Şəhərin ən qədim univeristeti isə Yagellon Universiteti hesab olunur. Krakov ərazisində 43 şəhər parkı və 5 təbiət qoruğu var. Şəhərdə hər il yüzə yaxın mədəni və idman tədbirləri təşkil edilir. Krakovu eyni zamanda “heç vaxt yatmayan gözəl şəhər” kimi də şəhər adlandırırlar. Çünki günün bütün saatlarında insanlar burada şəhərin gecə görüntüsünü seyr etmək üçün toplaşırlar.