Polşada III Avropa Oyunları çərçivəsində keçirilən karate yarışları davam edir. Karate yarışlarının ikinci günündə daha bir idmançımız Fərid Ağayev (75 kq) mübarizəyə başlayıb. B rupunda yarışan təmsilçimiz ilk görüşdə ukraynalı Andrey Zaplitniyə (1:2), növbəti görüşdə isə italiyalı Daniele De Vivoya (2:5) məğlub olub. Qrupda keçirdiyi son oyunda portuqaliyalı Tiaqo Migel Qonçalveslə heç-heçə edən (0:0) idmançımız yarımfinala yüksələ bilməyib. Beləliklə,karateçimiz III Avropa Oyunlarında mübarizəni dayandırıb.
Krakov-2023: karateçimiz mübarizəni dayandırdı
![Krakov-2023: karateçimiz mübarizəni dayandırdı](https://olimpnews.az/uploads/img/posts/2023/06/23/Karate 2jpg-1687519060.jpg)