Yaşar Bəşirov: “Bu, Azərbaycan xalqının ümumi qələbəsidir” - MÜSAHİBƏ
Olimpizm xəbərləri
24.06.2023, 17:04
Polşada III Avropa Oyunları çərçivəsində keçirilən karate yarışlarına yekun vurulub. Yarışda 8 karateçi ilə təmsil olunan komandamız 2 qızıl və 1 bürünc medala sahib çıxıb. Qızıl medalları komandamıza Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) qazandırıblar. Asiman Qurbanlı (84 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənib.
Karate yığmamız bu nəticə ilə ümumi medal sıralamasında ikinci yeri tutub. Kateçilərimizin III Avropa Oyunlarındakı uğurlu çıxışı ilə bağlı Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla əlaqə saxladıq. Federasiya prezidenti ilə müsahibəni oxucularımıza təqdim edirik.
- Yaşar müəllim, əvvəlcə Sizi karateçilərimizin III Avropa Oyunlarında qazandığı uğurlu nəticə münasibəti ilə təbrik edirik. Komandamız 3 medalla yarışları ikinci pillədə başa vurdu.
- Təbrikə görə çox sağ olun. Bu, Azərbaycan xalqının ümumi qələbəsidir. Karateçilərimiz hər zaman yüksək yerlər uğrundan yarışıblar. Bu dəfə də belə oldu. Azərbaycan komandasına ilk qızıl medalı karateçimiz Tural Ağalarzadə qazandırdı. Qeyd etdiyiniz kimi, komandamız iki qızıl və bir bürünc medalla ümumi hesabda ikinci yeri tutdu. Bu, 2019-cu ildə Belarusda təşkil olunan II Avropa Oyunlarındakı nəticədən daha yaxşıdır. Məlumat üçün qeyd edim ki, Belarusda komandamız dördüncü olmuşdu.
- Oyunlardan əvvəl “Olimpiya dünyası” qəzetinə verdiyiniz müsahibədə karateçilərimizin 3-4 medal qazanacağı proqnozlaşdırmışdınız. Nəticə elə dediyiniz kimi də oldu.
- Bəli, yadımdadır ki, sizə müsahibəmdə 3-4 medal qazanacağımızı bildirmişdim. Amma demişdim ki, qazanılan medallardan biri qızıl olacaq. Çünki yarışın səviyyəsi çox yüksək idi. Krakov-2023-ün karate yarışlarında ümumilikdə 33 ölkəni təmsil edən idmançılar mübarizə aparırdı. Bu ölkələrdən 22-si medalçılar sırasında yer aldı. Hər bir çəkidə Avropanın reytinq üzrə 8 ən güclü idmançısı iştirak edirdi. Təbii ki, hər bir idmançı çalışırdı ki, həmin yarışda uğurla iştirak edərək, öz ölkəsini yüksək səviyyədə təmsil etsin. Oyunlarda qazandığımız nəticəni yüksək dəyərləndirirəm. Tural Ağalarzadə və titullu idmançımız İrina Zaretska fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Minsk-2019-un qalibi Asiman Qurbanlı isə bu dəfə bürünc medala sahib çıxdı. Bir sözlə, həmişə olduğu kimi, stabil idmançılarımız medal qazandılar. Onlar Avropa çempionatında olduğu kimi, bu yarışda da fərqləndilər. İstərdik ki, bundan sonra da hazırkı səviyyəmizi saxlayaq. Karatemiz hər zaman yüksəkdə olub və olacaq da. Çalışacağıq ki, hər zaman dövlətimizi yüksək səviyyədə təmsil edək.
- Yaşar müəllim, karate yarışlarının son günündə komandamızın üzvü Fəridə Əliyeva zədələnərək huşunu itirdi. Mümkünsə, idmançımızın hazırkı durumu barədə məlumat verərdiniz.
- Fəridənin zədəsi çox da ciddi deyil. Sadəcə olaraq onun burnunda əvvəldən zədəsi var idi. Bu yarışda isə italiyalı idmançı ilə görüşdə yenidən burnundan güclü zərbə aldı. Dərhal həkimə müraciət olundu. Ona yüksək səviyyədə qulluq etdilər. Hazırda hər şey qaydasındadır. İdmanda belə hallar olur. Çünki biz döyüş idman növləri ilə məşğul oluruq. Bu isə zədəsiz mümkün deyil. Mən özüm 1992-ci ildə qırıq qabırğa ilə Avropa çempionu olmuşdum. Bundan başqa 2006-cı ildə Moskvada ulduzlar yarışında iştirak edən zaman burnum qırılmışdı. Amma bununla belə mübarizə apardım. Yəni hər bir idmançının zədəsi olur. Çalışıb, özünü qorumalısan ki, zədələr az olsun.
- Bir qədər də Polşada idmançılarımıza dəstək barədə danışardınız.
- Azərbaycan nümayənde heyəti ilk gündən komandamızla bir yerdədir, bizimlə maraqlanır. Yarışları izləyənlər arasında Milli Olimpiya Komitəsinin və Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri də var idi. Xüsusən də MOK-un Baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva da komandamızla bir yerdə oldu. Onlar ilk döyüşlərdən, final mübarizəsinə qədər idmançılarımızı dəstəklədilər. Bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm.
- Mümkünsə III Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi barədə də məlumat verərdiniz. Mərkəzi avropalıların təşkil etdiyi Oyunlar sizin üçün nə ilə yadda qaldı?
- Polşada karate yarışları üzrə hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Heç bir problemlə üzləşmədik. Təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Təbii ki, Krakov-2023 Bakıda keçirilən I Avropa Oyunları ilə eyni səviyyədə deyildi. Lakin ümumilikdə götürdükdə hər şey qaydasında idi. Bakı-2015-dəki təşkilatçılıq səviyyəsinə isə inanmıram ki, hansısa dövlət bir daha çata bilsin. Çünki Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin sədri kimi, hər şeyi yüksək səviyyədə təşkil etmişdi. Cənab Prezidentimiz İlham Əliyevin də dəstəyi ilə bu yarış Olimpiya Oyunları səviyyəsində keçirilmişdi.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Judo Club 2012”nin yetirmələri beynəlxalq turnirin mükafatçıları sırasında
Bugün, 13:04 Cüdo
-
Boksçularımız Avropa çempionatına hazırlığın son mərhələsi üçün Gürcüstana yollanıb
Bugün, 12:10 Boks
-
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bugün, 12:00 Gündəm
-
“Sabah” Çempionlar Liqasının tarixinə düşüb
Bugün, 11:52 Futbol
-
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Bugün, 11:09 Gündəm
-
Millimiz bu gün AVRO-2026 çərçivəsində Belçika yığması ilə qarşılaşacaq
Bugün, 10:05 Voleybol
-
AFFA prezidenti "Sabah"ı təbrik edib
Bugün, 01:50 Futbol
-
"Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
25.08.2026, 23:30 Gündəm
-
Badmintonçularımız beynəlxalq turnirdə 17 medal qazanıblar
25.08.2026, 15:28 Olimpizm xəbərləri
-
"Barselona" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
25.08.2026, 13:34 Futbol
-
Azərbaycan Üzgüçülük Federasiyası beynəlxalq ekspertlə əməkdaşlığa başladı
25.08.2026, 13:22 Su idman növləri
-
Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
25.08.2026, 13:10 Cüdo
-
AVRO-2026: Bu gün daha iki qarşılaşma keçiriləcək
25.08.2026, 10:38 Voleybol
-
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxacaq
25.08.2026, 10:21 Futbol
-
Voleybol millimizdən Avropa çempionatında ardıcıl üçüncü qələbə
24.08.2026, 22:00 Voleybol
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo