Millimiz Bakıda İordaniyaya qalib gəldi

Millimiz Bakıda İordaniyaya qalib gəldi

Futbol üzrə Azərbaycan millisi Bakıda İordaniya yığması ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 45+1-ci dəqiqədə açılıb. Komandamızın üzvü Emin Mahmudov rəqib qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin İordaniya millisi matçın 57-ci dəqiqəsində hesabdakı tarazlığı bərpa edib. Nizar Əl Raşdan dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Matçın 79-cu dəqiqəsində isə komandamız qələbə topunu vurmağa müvəffəq olub. Renat Dadaşov dəqiq zərbə ilə fərqlənib.

Qeyd edək ki, daha əvvəl iki dəfə Asiya təmsilçisi ilə üz-üzə gələn millimiz bu oyunların heç birində uduzmayıb. Komandamız həmin oyunların birində heç-heçə edib, digərində isə qələbə qazanıb.