"Milan"ın sabiq hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Nyukasl"la oyununa hazırlaşan komandanın dünənki məşqində iştirak edib. Tanınmış insayder Fabritsio Romanonun yaydığı xəbər görə, İbrahimoviç Milandakı məşqdə baş məşqçi Stefano Pioliyə qoşulub. İsveçlinin keçmiş komanda yoldaşlarına nə dediyi hələlik məlum deyil.
Xatırladaq ki, “Milan” həftəsonu derbidə “İnter”ə 1:5 hesabı ilə uduzub. İbrahimoviç ötən mövsümün sonunda peşəkar karyerasını başa vurub. “Rossoneri” Çempionlar Liqasının qrup mərhələsində bu gün “Nyukasl”la üz-üzə gələcək. Qrupda onların digər rəqibləri PSJ və Dortmund “Borussiya”sı olacaq.