Yeni baş məşqçi üçün 400 min avro

Yeni baş məşqçi üçün 400 min avro

Nagelsmanın Almaniya millisində nə qədər maaş alacağı bəlli olub.  Bu barədə informasiyanı "Bild"in əməkdaşı Kristian Falk yayıb. Mənbənin məlumatına görə, bu ilin martında "Bayern Münhen"dən ayrılan mütəxəssis yığmada ayda təxminən 400 min avro qazanacaq.

Qeyd edək ki, bu gün Almaniya mətbuatında Hans-Diter Flikin tərk etdiyi postu digər namizədlərin deyil, məhz Nagelsmanın tutacağı haqda xəbərlər dərc edilib.