Parataekvondoçularımız Meksikada üç medal qazandılar

Parataekvondoçularımız Meksikada üç medal qazandılar

Azərbaycan parataekvondoçuları Meksikanın Verakrus ştatında keçirilmiş Qran-pridə üç medal qazanıblar. Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən İmaməddin Xəlilov (70 kq, K-44) və Sabir Zeynalov (58 kq, K-44) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar.

Yığmanın hesabına digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. O, bürünc medala yiyələnib.

Qeyd edək ki, idmançılar eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq