Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir. Bu gün daha iki qadın güləşçimiz xalça üzərinə çıxıb. Təəssüf ki, hər iki idmançımızın ilk görüşü uğursuz alınıb. Belə ki, 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova təsnifat mərhələsində rumıniyalı Andrea Anaya məğlub olub.
Digər idmançımız Elis Manolova (62 kq) isə eyni mərhələdə venesuelalı Natali Qrimana uduzub.
Onlar rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici qarşılaşmalara qatılacaqlar.