Voleybol üzrə oğlanlardan ibarət Azərbaycanın U-18 yığması Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Dekabrın 5-9-u aralığında Gürcüstanda təşkil olunacaq yarışda Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya milliləri də mübarizə aparacaqlar.
Turnir həm də AVRO-2024-ə seçmə xarakteri daşıyır. Yarışın reqlamentinə əsasən, birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.