Güləşçimiz erməni idmançıya qalib gələrək Paris Olimpiadasına lisenziya qazandı

Güləşçimiz erməni idmançıya qalib gələrək Paris Olimpiadasına lisenziya qazandı

Serbiyanın paytaxtı Belqradda təşkil olunan güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir. Bu gün mübarizəyə yunan-Roma güləşçiləri qoşulublar. 77 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimizSənan Süleymanov yarımfinal görüşünə çıxıb. İdmançımız finala gedən yolda erməni güləşçiMalxas Amoyana 5:0 hesabı iləqalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. O, bu nəticə ilə həmçinin Paris-2024-ə lisenziya əldə edib.