Avropa Liqası:“Qarabağ” qrup mərhələsinə qələbə ilə başladı

Avropa Liqası:“Qarabağ” qrup mərhələsinə qələbə ilə başladı

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına yekun vurulub. Qitənin ən nüfuzlu ikinci klub turnirində ölkəmizi təmsil edən Ağdamın “Qarabağ” klubu da mübarizəyə başlayıb. H qrupunda yer alan komandamız Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Norveçin “Molde” klubunu qəbul edib.Görüş “köhlən atlar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolun müəllifi matçın 56-cı dəqiqəsində fərqlənən Leandro Andrade olub.

Beləliklə, “Qarabağ” klubu qrup mərhələsinə qələbə ilə başlayıb. Bu qrupun digər oyununda Almaniyanın “Bayer 04” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer 04” isə “Molde”nin qonağı olacaq.