Əməkdar jurnalist Murad Fərzəliyevin 60 illik yubileyi qeyd olunub
Olimpizm xəbərləri
13.10.2023, 15:30
Oktyabrın 12-də Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, “Tərəqqi” medallı Əməkdar jurnalist Murad Fərzəliyevin 60 illik yubileyi qeyd olunub. Bakı Əyləncə Mərkəzində keçirilən tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov, "Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov, Olimpiya kateqoriyalı hakim, "Qızıl Fit” mükafatının sahibi Hicran Şərifov, idman ictimaiyyətinin tanınmış nümayəndələri, şairlər, yubilyarın yaxınları və dostları iştirak ediblər. Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Əməkdar jurnalistin anası Gülruz xanım övladını təbrik edərək, ürək sözlərini bildirib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə M.Fərzəliyevi Milli Olimpiya Komitəsinin kollektivi adından təbrik edərək, onun ölkə mətbuatının inkişafındakı xidmətlərindən söz açıb. M.Fərzəliyevin istedadlı qələm sahibi olduğunu deyən AzƏOK-un sədri Xəzər İsayev isə Əməkdar jurnalisti təbrik edərək, ona uzun ömür, can sağlığı və yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Olimpiya çempionu Fərid Mansurov Murad Fərzəliyevlə bir sıra yarışlarda yol yoldaşı olduğunu deyərək, yubilyarın yüksək insani keyfiyyətlərindən bəhs edib. Sonra çıxış edən şair Dayandur Sevgin Murad Fərzəliyevin təkcə jurnalist kimi deyil, həm də şair kimi gözəl şeirlərin müəllifi olduğunu bildirərək, yubilyara Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomunu təqdim edib. Tədbirdə çıxış edən idman ictimaiyyətinin nümayəndələri, Murad Fərzəliyevin keçmiş tələbə yoldaşları, onun yaxın dostları, həmkarları çıxış edərək, Əməkdar jurnalistin, publisist, şair və redaktor kimi yaradıcılıq məziyyətlərindən söhbət açıblar. Sonda çıxış edən Murad Fərzəliyev tədbir iştirakçılarına minnətdarlığını bildirib. Tədbirdə həmçinin yubilyarın yeni çapdan çıxan “Mən hər gün günəşi qarşılayıram” adlı şeirlər kitabı iştirakçılara paylanılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
11.08.2026, 10:27 Futbol