Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi keçirilir
BOK
26.10.2023, 19:50
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) kitabxanası ADA Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq kitab sərgisində öz stendi ilə iştirak edir.
Sərgidə iştirak edən ADBTİA-nın elmi innovasiyalar mərkəzinin direktor vəzifəsini icra edən professor Bəxtiyar Rüstəmov, tədris hissəsinin müdüri dosent Nazim Abbasov, “sosial elmlər” kafedrasının müdiri dosent Lalə Əhmədova, kitab fondu bölməsinin müdiri Pəri Umudova, elektron kitabxana bölməsinin müdiri Gülər Əhmədova, informasiya xidmətləri üzrə mütəxəssis Firuzə Qurbanova, akademiyanın professoru Dilqəm Quliyev və akademiyanın tələbələri iştirak ediblər. Sərgi müddətində ADBTİA-nın professoru Dilqəm Quliyev sərgi müddətində MDB üzrə meneceri Aleksandr Ritov ilə görüşüb, ona “Təhsildən səngərə, səngərdən əbədiyyətə” adlı kitabını hədiyyə edib. Ümummilli lider Heydər Əliyevin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycanın dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına həsr olunmuş sərgidə ADBTİA 120-yə yaxın kitabla təmsil olunur.
Onların sırasında “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir”. Bakı, 2008, Mirələmov H. “Millətin atası”. Bakı, 2004, Qasımov A. “Taleyi tarixə dönən şəxsiyyət”. Bakı, 2004, “Heydər Əliyev ömürlük missiya”. Bakı, 2004, “30 il quruculuq yollarında”. Bakı, 1999, Səmədov A. “Böyük siyasətin təntənəsi”. Bakı, 2004, “İdmanın böyük himayədarı”. Bakı, 2003, “Ömrə bərabər beş il”, “Xalqın sevimli lideri”. Bakı, 2013, “Prezident Heydər Əliyev”. Bakı, 1998, “Heydər Əliyev və müasir Azərbaycan”. Bakı, 2013, “Heydər Əliyev. Böyük insanin ömür anları”... Bakı, 2013, “Heydər Əliyev və Azərbaycan idmanı”. Bakı, 2004, “Heydər Əliyev həyatının 100 anı”. Bakı, 2023, “Heydər Əliyev-Ali sovetin sədri”. (3 cilddə) I cild. Bakı, 2023, “Heydər Əliyev-Ali sovetin sədri”. (3 cilddə) II cild. Bakı, 2023, “Heydər Əliyev-Ali sovetin sədri”. (3 cilddə) III cild. Bakı, 2023, “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi”. Bakı, 2001, “Zirvəyə aparan yol”. Bakı, 2009, “Heydar Aliyev words of wisdom”. Baku, 2009, Məcidov N. “Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası. II hissə”. Bakı, 2020, Məcidov N. “Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası. III hissə”. Bakı, 2022, “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 90”, 2020, Quliyev D. “Təhsildən səngərə, səngərdən əbədiyyətə”… Bakı, 2022, Quliyev D. “Qarabağın idman tarixi”. Bakı, 2021, Quliyev D. “Heydər Əliyev: Müasir idman və Olimpiya hərəkatı”. Bakı, 2023, Quliyev D. “XX əsrdə Azərbaycan idmanı”. Bakı, 2005, Quliyev D. “Heydər Əliyev müasir idman tariximizdə” (1969-2019). Bakı, 2019, Quliyev D. Azərbaycanda bədən tərbiyəsi və idmana qayğısı (1970-2000). Bakı, 2000, Quliyev D. və b”. Heydər Əliyev və Azərbaycan idmanı”. Bakı, 2015, Quliyev D. “Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” (1969-1982, 1993-2003). Bakı, 2013, Quliyev D. “Azərbaycan milli güləşi”. Bakı, 2003, Əliyev R. və b. “Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri”. Bakı, 2010, “Şahmat”. Bakı, 2002, Rüstəmov B. və b. “Şahmat”. I hissə. Bakı, 2011,Rüstəmov B. və b. “Şahmat”. II hissə. Bakı, 2012, Qarayeva S. “Cüdo”. Bakı, 2012, Bağırov R. “Futbol”. Bakı, 2012, Qarayev G. “Futbol: təlim, məşq və onun nəzəriyyəsi”. Bakı, 2005, “Azərbaycan boksu” 80 ildə. Bakı, 2004, Cəfərova Y. və b. “Bədii gimnastika”. Bakı, 2014, İbrahimova N. və b. “Basketbol”. Bakı, 2018, Xəlfəyev Ə. “Velosiped idmanı”. Bakı, 2016, “Atletika”. Bakı, 2005, Qurbanov X. və b. “Karate – Do” (təlimin təcrübi əsasları). II hissə. Bakı, 2015, “İdman güləşi”. I hissə. Bakı, 2016, Qədəşov E. və b. “Voleybol”. Bakı, 2008, Sultanova S. və b. “Yüksək dərəcəli tennsçilərin hazırlanmasının nəzəriyyəsi və metodikası”!. Bakı, 2014, Əbdürəhmanov Ş. “Üzgüçülük”. Bakı, 2014, Kələntərli N. və b. “İdman menecmenti”. Bakı, 2022, Əbiyev Q. “Orqanizmin hərəki aktivliyi və fiziki iş qabiliyyətinin fizioloji əsasları”. Bakı, 2014 və b. adlı kitablar sərgilənir. Tədbirin əsas məqsədi Azərbaycanın və dünyanın müxtəlif məkanlarından olan yazıçıları, nəşriyyatları, kitabxanaları və oxucuları bir araya gətirərək elmin, təhsilin, ədəbiyyatın təntənəsini qeyd etmək və fikir mübadiləsi aparmaqla ulu öndər Heydər Əliyev irsini dərin hörmətlə yad etməkdir. Sərgi müddətində ADBTİA-nın əməkdaşları ADA Universitetinin kitabxanası ilə də yaxından tanış olublar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş