Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Botvinnikin xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Yarışda iştirak edən Azərbaycan komandası Vətənə 10 medalla qayıdıb. Qazanılan medallardan birinin əyarı 1 qızıl, 9-u isə bürünc olub. Komandamıza qızıl medalı Nurlan Abışov (57 kq) qazandırıb. O, finalda yerli Qleb Bondakı məğlub edib. Yığmamızın digər üzvlərindən Əli Məmmədov (46 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə bürünc medala sahib çıxıblar.
Beynəlxalq turnirdə 7 ölkədən 142 idmançı mübarizə aparıb.