Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılışı olub
Olimpizm xəbərləri
24.11.2023, 13:25
Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılış mərasimi keçirilib.
“Hilton” hotelində təşkil olunan tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un Ədalətli Oyunlar komissiyasının sədri Xəzər İsayev, Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mariana Vasileva bildirib ki, Prezident İlham Əliyev ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir: "İdmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər bizi sevindirir. Elə bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır".
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycanın son illər bir çox idman tədbirinə ev sahibliyi etdiyini söyləyib: "Sevindirici haldır ki, ölkəmizdə artıq üçüncü dəfədir Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilir".
MOK-un baş katibi “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun ədalətli oyun prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu feyr-pley mükafatı olan “Cin Borotra - Karyera” diplomuna layiq görülməsindən də söz açıb: “Qurban Qurbanov oyunlar zamanı daim ədalət prinsiplərinə əməl edir. Məhz bu səbəbdən o, dəfələrlə müxtəlif feyr-pley mükafatlarına layiq görülüb”.
Daha sonra Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu Azər Əliyevə xüsusi hədiyyə təqdim edib.
F.Huzyu bildirib ki, konqres idmanda irqçiliklə mübarizədə Avropa komissiyası ilə birgə səylər göstərir: "Hamı bilir ki, təmsil etdiyimiz qurumun gənclər qarşısında xüsusi vəzifəsi var. Sözsüz ki, idmanda irqçiliyə yer yoxdur. FIFA prezidenti də söyləmişdi ki, irqçilik varsa, futbol yoxdur. Bu barədə səlahiyyətli şəxslər də məsuliyyət daşımalıdırlar. Hamıya aydındır ki, irqçilik idmanın bütün sahələrində var. Amma inanırıq ki, idman ədalətə və bərabərliyə mühüm töhfədir. İdmanın müsbət tərəflərini təbliğ etməli və mənfi hallarla bağlı vacib tədbirlər görülməlidir. Biz hər birimiz çalışacağıq ki, dəyərləri qoruyaq və irqçiliklə mübarizə aparaq".
Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer bildirib ki, idmanda bərabərlik prinsipinin təmin olunması təkcə idmançıların yox, sosial təşkilatların da üzərinə düşən məsuliyyətdir: "Biz son zamanlar idmanda tendensiyaların şahidi oluruq. Son zamanlar idmanı siyasətlə qarışdırırlar. Amma bu, doğru deyil və biz bunun üçün müxtəlif qurumlarla birlikdə mübarizə aparırıq. Buna baxmayaraq, hələ də eyni problemlərlə rastlaşırıq".
Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin sədri Tyerri Zintz isə üçüncü dəfə bu konqresə ev sahibliyi edən Azərbaycana təşəkkür edib: "Azərbaycan da irqçiliklə mübarizədə öz töhfəsini əsirgəmir. İnanıram ki, bugünkü tədbir kifayət qədər məhsuldar olacaq".
MOK-un Ədalətli Oyunlar Komissiyanın sədri Xəzər İsayev isə bütün qonaqları salamlayaraq, onları Bakıda görməkdən məmnun olduğunu bildirib: "Əvvəlki illərdə ölkəmizdə bu formatda bir neçə tədbir keçirilib. Bu, dövlət başçımız İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nümunəsidir. İdmanda irqçiliklə mübarizədə Azərbaycan da öz töhfəsini verir və bununla mübarizə aparır. Bu baxımdan ölkəmiz bu mövzuda təşkil olunan beynəlxalq tədbirlərdə fəal şəkildə iştirak edir”.
Konqresdə, həmçinin Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvləri Bayba Veisa (Latviya), Biserka Vrbek (Slovakiya), Yannis Psilopulos (Yunanıstan), Katarina Rakzova (Çexiya), Bilge Donuk (Türkiyə), Hanna Vavrovska (Polşa) və Robert Perk (Xorvatiya) iştirak ediblər.
Açılış mərasiminin sonunda Ulu Öndər Heydər Əliyevin idmanla bağlı xatirələrini əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, konqres Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası ilə birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol