Dünyanın məşhur idman saytlarından biri “İnside The Games” saytında Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin 22 yaşının tamam olması ilə bağlı yazı dərc olunub. Yazıda həftədə bir dəfə 4100 tirajla çap edilən qəzetin ölkə idmanının, Olimpiya Hərəkatının və Olimpiya ideallarının təbliğini özünün başlıca vəzifəsi hesab etdiyi qeyd olunub. Saytda həmçinin qeyd edilib ki, bu illər ərzində sevilən nəşirlərdən birinə çevrilən “Olimpiya dünyası” qəzeti 22 ildir ki, dünyada və ölkədə baş verən mühüm idman hadisələrini, atletlərimizin uğurlarını operativ şəkildə işıqlandırır.
“İnside The Games” saytında paylaşılan xəbərin tam mətnini oxumaq üçün aşağıdakı linkə keçid alın:https://www.insidethegames.biz/articles/1142699/azerbaijan-22-years-olympic-newspaper