Argentina millisinin baş məşqçisi Lionel Skaloni millini tərk etməyəyaxındır. Bu barədəjurnalist Leo Paradiso paylaşım edib. Bildirilir ki, 45 yaşlı mütəxəssis dahaəvvəl DÇ-2026-nın seçməmərhələsindəBraziliya millisini məğlub etdikdən (1:0) sonra gələcəyini düşünməli olduğunu bildirib. Mətbuat onun yaxın vaxtlarda millini tərk edəbiləcəyini yazıb. Mənbənin sözlərinəgörə, Skaloni Argentina ilə2024-cü il Amerika Kuboku üçün çalışacaq, lakin turnir başa çatdıqdan sonra millini tərk edəcək.
Məlumat üçün bildirək ki, Skaloni 2018-ci ildən Argentina millisinərəhbərlik edir. 2022-ci ildəonun rəhbərlik etdiyi komanda Qətərdəkeçirilən dünya çempionatının qalibi olub.