Qadınların idmandakı gəlirləri artır

Qadınların idmandakı gəlirləri artır

Məşhur audit və konsaltinq şirkəti «Deloitte» qadınların elit idman növlərindəki gəlirləri ilə bağlı araşdırma aparıb. Yekun nəticələrə əsasən 2024-cü ildə onların qazancları ilk dəfə olaraq 1 milyard dolları keçəcək. «Reuters»in yaydığı  xəbərə əsasən, «Deloitte»nin 1,28 milyard dollarlıq proqnozlaşdırdığı gəlir matç, yayım və kommersiya gəlirlərindən ibarətdir. Bu, şirkətin üç il əvvəl apardığı qiymətləndirmənin nəticələrindən 300 faiz çoxdur.

“Qadın idmanı getdikcə kişilərin elit idman növündən getdikcə fərqlənən unikal məhsul kimi görünür. Azarkeş və investorların cəlb olunmasından sonra bu artım klublar və liqalar üçün yeni və təkmilləşdirilmiş imkanlar yaradıb”, - «Deloitte Sports Business Group Insights» rəhbəri Cennifer Haskel bildirib. Araşdırmaya görə liqalar və komandalar arasında kommersiya sövdələşmələri gəlirin 55 faizini təşkil edəcək. Yayım satışları isə 27 faiz olacaq. 2023-cü ilə müqayisədə növbəti il gəlirlər 5 faiz artaraq, ümumi gəlirin 19 faizini təşkil edəcəyi gözlənilir.