“Sərhədçi” İdman Mərkəzində hərbçilər arasında keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Kişi güləşçilərdən ibarət millimiz mundialın üçüncü günündə daha 5 medal qazanıblar. Təmsilçilərimizdən Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (92 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Fərid Sadıqlı (55 kq) və Azad Əliyev (82 kq) isə bürünc medala sahib çıxıb. Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb.
Dünya çempionatına dekabrın 3-də yekun vurulacaq.