AVRO-2024-ün final mərhələsinin püşkü atıldı 

AVRO-2024-ün final mərhələsinin püşkü atıldı 

Futbol üzrə Avro-2024-ün püşkü atılıb. Hamburqda təşkil olunan mərasimdə 21 milli komanda təmsil olunub. Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək.

Püşkatmanın nəticəsini təqdim edirik.

A qrupu:Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

B qrupu:İspaniya, Albaniya, Xorvatiya, İtaliya

C qrupu:İngiltərə, Danimarka, Sloveniya, Serbiya

D qrupu:Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)

E qrupu:Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)

F qrupu:Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)

AVRO-2024-ə son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.