Azərbaycan çempionatına start verilib
Olimpizm xəbərləri
03.12.2023, 15:48
Boks üzrə kişilər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə iştirakçı komandaların paradı olub. Sonra Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində təşkil olunan çempionat böyük əhəmiyyətə malikdir: “Bu dəfə final döyüşləri tam yeni formatda və təntənəli keçiriləcək, rəsmi qonaqlar olacaq. Monteneqroda U-22-lərin Avropa çempionatında tarixi bir nəticə əldə etmişik. İlk dəfə bu yarışda 5 – 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışıq. Görülən işlər və aparılan islahatlar sayəsində bu uğurun ardı gələcək”.
S.Hüseynov döyüşlərin ədalətli keçəcəyinə də inandığını bildirib. O qeyd edib ki, bunun üçün çempionata neytral referilər dəvət olunub: “Gələn il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına qısa bir zaman qalıb. Yığmamız artıq 2 çəkidə lisenziya əldə edib. Əminik ki, burda mübarizə aparacaq boksçulardan bir neçəsi də onlara qoşulacaqlar. İnanırıq ki, komandamız Paris-2024-dən olimpiadalarda son 30 ildə əldə edə bilmədiyi qızıl medalla dönəcək”.
ABF rəsmisi çempionatının final günündə azarkeşləri sürprizlər gözlədiyini də deyib. O bildirib ki, ən fəal tamaşaçılar arasında seçim aparılacaq və federasiyanın xətti ilə onlardan biri gələn il İtaliyada keçiriləcək Avropa çempionatına aparılacaq. Eyni zamanda, azarkeşləri digər hədiyyələr də gözləyir.
ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev yarışın əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Ardınca torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu mübarizə aparır.
Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK