Sayca 9-cu dəfə keçiriləcək şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın loqosu Bakının mərkəzində nümayiş etdirilir.
Turnirin mətbuat xidmətindən verilən məlumata görə, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.
Paytaxt sakinləri turnirin loqosunu axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.
Qeyd edək ki, bu il yarış ilk dəfə Qəbələdə təşkil olunacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.