Avropa Olimpiya Komitələrinin (AOK) və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib.
Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindənverilən məlumata görə, Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasda Azərbaycanı MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri, AOK-un Beynəlxalq Əlaqələr Komissiyasının üzvü Anar Bağırov təmsil edib.
Komissiyanın iclasında “Agenda-2030” komissiyasının 2024-cü il üçün fəaliyyəti, Avropa İttifaqının İdman Siyasəti və Maliyyələşdirmə məsələləri, “Təhlükəsiz İdman” haqqında Beynəlxalq Olimpiya Komitəsinin İnsan Hüquqları ilə bağlı strategiyası, Avropa İdman Modeli və gələcək fəaliyyətlərlə bağlı müzakirələr aparılıb.