Kral klubu səfərdə xal itirdi

Kral klubu səfərdə xal itirdi

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir. Turun maraqla gözlənilən oyunlarından biri “Real Betis” və “Real Madrid” komandaları arasında olub. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu oyundan sonra aktivindəki xalların sayını 39-a çatdıran “Real” komandası liderliyini davam etdirir. “Real Betis” isə 26 xalla 7-ci pillədə yer alıb.