Ukrayna 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot edə bilər. Ukrayna mətbuatında yer alan xəbərə görə, bu barədə ölkənin gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidnıy açıqlamasında bildirib. O, rusiyalı idmançıların yarışa buraxılacağı təqdirdə bu addımı ata biləcəklərini söyləyib.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyul 26-dan avqustun 11-nə qədər təşkil olunacaq.
Ukrayna olimpiadanı boykot edə bilər