“Mən geri qayıtmayacağam”

“Mən geri qayıtmayacağam”

Olimpizm xəbərləri

10.12.2023, 16:52

Kanadalı döyüşçü Georges Sent-Pyer UFC 300 yubiley turnirində döyüşə çıxa biləcəyi barədə fikirlərə aydınlıq gətirib. Adı “Şöhrət Zalı”na daxil edilən UFC çempionu son görüşünü 2017-ci ilin noyabrında keçirib.  “Uzun müddətdir ki, oktaqonda görünmürəm. Xeyr, mən geri qayıtmayacağam”, - deyə Sent-Pyer X sosial şəbəkəsində yazıb. Ümumilikdə o, UFC-də 28 döyüş keçirib, onlardan 16-sı titul döyüşləri olub. O, cəmi iki döyüşdə məğlub olub. Qeyd edək ki, Sent-Pyer 4 illik karyera fasiləsi səbəbindən UFC 200-dən kənarda qalıb.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR