Azərbaycan Kinematoqrafçılar İttifaqında II Milli İdman Filmləri və Proqramları Festivalının münsiflər heyətinin iclası keçirilib
Olimpizm xəbərləri
25.12.2023, 13:42
Festivalın münsiflər heyətinin sədri, Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova münsiflər heyətinin səsverməsinin hansı qaydada keçiriləcəyindən danışıb. O, qeyd edib ki, münsiflər heyəti hər nominasiya üzrə qalib olmaq üçün 3 namizəd seçəcək və onlardan nominasiyanın qalibi seçiləcək. Zemfira xanım bildirib ki, festival qadın idmanı və idmançılarla bağlı verilişlərin yer aldığı “Zərif qəhrəman” nominasiyasını təsis edərək, müxtəlif beynəlxalq yarışlarda ölkəmizi təmsil edən və ən yüksək dəyərə malik medallar qazanan qadın idmançılarımızı, ölkəmizin çoxmilyonlu tamaşaçıları ilə tanış etmək missiyasını öz üzərinə götürüb.
Festivalın münsiflər heyətinin üzvü, “Vətən” Uşaq Yaradıcılıq Mərkəzinin təsisçisi Zəhra Quliyeva çıxışında bildirib ki, “Gələcək qaliblər” nominasiyasına təqdim olunan uşaq və yeniyetmə idmançılara həsr olunmuş film və proqramlar təqdirəlayiqdir. Çox əhəmiyyətli bir təşəbbüsdür. Bu filmlər və verilişlər gənc nəslin idmana cəlb olunması üçün yaxşı stimul olacaq.
“Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov Milli Olimpiya Komitəsinin təsis etdiyi Festivalın keçirilməsində tərəfdaşların iştirak etməsinin çox mühüm amillərdən biri olduğunu vurğulayıb. Festivalın tərəfdaşı “ Cüdo Klub -2012” İctimai Birliyinin (sədri veteranlar arasında cüdo üzrə dünya çempion, Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov) olduğunu bildirən Ə. Mansurov festivalın informasiya tərəfdaşlarının dövlət və özəl televiziya kanalları və ölkənin aparıcı xəbər agentlikləri olduğunu da diqqətə çatdırıb. O, bu il Festivalın təkcə ölkə KİV-ləri tərəfindən deyil, həm də MDB ölkələrinin aparıcı media şirkəti - “МИР” Dövlətlərarası Teleradio Şirkəti tərəfindən işıqlandırılacağını da bildirib. Ə. Mansurov ümidvar olduğunu bildirib ki, Festival zamanı hökumət, kommersiya təşkilatları və şirkətlər tərəfdaş kimi ona dəstək olacaqlar. Belə ki, müxtəlif idman növlərinə və idmançılara həsr olunmuş yeni film və proqramların, tanıtım videolarının yaradılması ölkə vətəndaşlarının , xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və inkişafında mühüm amil olacaqdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev bildirib ki, müsabiqəyə göndərilən film və proqramlar Festivalın əsas ideyasına - müxtəlif idman növlərinə, sağlam həyat tərzinə marağın artırılması, müasir cəmiyyətdə onun rolunu başa düşmək, idman və idmançılar haqqında vizual əsərlərin yaradıcılarını həvəsləndirmək və onlara dəstək vermək missiyası baxımından çox əhəmiyyətlidir. O. Səfərəliyev təqdim olunan əsərlərin keyfiyyətinə xüsusi diqqət yetirilməsinin, bu əsərlərin dramaturgiyasına və hazırlanmasına peşəkar yanaşmanın olmasını qeyd edib.
Festivalın münsiflər heyətinin iclasının sonunda Milli Olimpiya Komitəsinin rəhbərliyinə, festivalın fəaliyyətini dəstəkləyən tərəfdaşlara və media tərəfdaşlarına təşəkkür bildirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş